İranlı güləşçi Məhəmməd Mobin Əzimi dünya çempionu oldu
https://azeri.sahartv.ir/news/elm_və_mədəniyyət-i422085-İranlı_güləşçi_məhəmməd_mobin_Əzimi_dünya_çempionu_oldu
İranın 92 kq çəki dərəcəsində mübarizə aparan sərbəst güləşçi Məhəmməd Mobin Əzimi 23 yaşadək güləşçilər arasında dünya çempionatında qızıl medal qazanıb.
(last modified 2025-10-26T06:40:41+00:00 )
Okt 26, 2025 10:35 Asia/Baku
  • İranlı güləşçi Məhəmməd Mobin Əzimi dünya çempionu oldu

İranın 92 kq çəki dərəcəsində mübarizə aparan sərbəst güləşçi Məhəmməd Mobin Əzimi 23 yaşadək güləşçilər arasında dünya çempionatında qızıl medal qazanıb.

Serbiyada keçirilən 23 yaşadək sərbəst güləşçilər arasında dünya çempionatında iki çəki dərəcəsinin yarışlarının sonunda İranın 92 kiloqram çəki dərəcəsindəki nümayəndəsi Möhməmməd Möbin Əzimi final görüşündə Rusiyadan olan Məhəmməd Xaniyev üzərində 5-3 hesabı ilə qələbə qazanaraq dünya çempionu olub.

Əzimi ilk görüşdə Özbəkistandan Şirzad Payanovu 7-1 hesabı ilə məğlub etmişdi. 

O, ikinci raundda azərbaycanlı güləşçi Sadiq Mustafazadəni 8-0 hesabı ilə məğlub edib, üçüncü görüşdə isə ABŞ-dan Coşua Barrı 13-3 hesabı ilə üstələyib. 

Məhəmməd Mobin Əzimi yarımfinalda Ukraynadan İvan Çornohuzu 12-1 hesabı ilə məğlub edərək, finala yüksəlib və sonda rus rəqibi Məhəmməd Xaniyevi də məğlub edərək, dünya çempionu olub.