Noy 10, 2025 16:16 Asia/Baku
  • İranlı üzgüçü Samyar Əbdüli İslam Həmrəyliyi Oyunlarında qızıl medal qazandı

İranlı üzgüçü Samyar Əbdüli 50 metr məsafəyə sərbəst üzmə yarışında çempion olaraq, İranın İslam Həmrəyliyi Oyunları tarixində üzgüçülük üzrə ilk qızıl medalını ölkəsinə ərməğan gətirdi.

İranın milli üzgüçüsü Samyar Əbdüli, Ər-Riyadda keçirilən altıncı İslam Həmrəyliyi Oyunlarında 50 metr məsafəyə sərbəst üzmə yarışında 22.44 saniyəlik nəticə ilə birinci yeri tutub.

Bu medal həm cari oyunlarda İran heyətinin üzgüçülük üzrə ilk qızıl medalı, həm də İran üzgüçülüyünün İslam Həmrəyliyi Oyunları tarixində ilk qızıl medalıdır.