Prezident Pezeşkian İranın yunan-Roma güləşi üzrə milli komandasını təbrik edib:
İran xalqının parlamasına heç bir sərhəd mane ola bilməz
Okt 15, 2026 18:14 Asia/Baku
İran İslam Respublikası prezidenti Məsud Pezeşkian bir müraciət ünvanlayaraq, İranın 23 yaşadək gənclərdən ibarət yunan-roma güləşi üzrə milli komandasını ABŞ-də keçirilən dünya çempionatındakı qələbəsi münasibətilə təbrik edib və İran xalqının bacarığı və ləyaqətini vurğulayıb.
Məsud Pezeşkian ölkəsinin 23 yaşadək yunan-Roma güləşi üzrə milli komandasının qazandığı qürurverici çempionluq münasibətilə İran xalqını, qalib güləşçiləri, böyük güləş ailəsini və bu şərəfli idman növünə töhfə verən hər kəsi təbrik edib.Prezident müraciətində vurğulayıb: "Öz bacarığına inanan bir xalqın parlamasına heç bir sərhəd mane ola bilməz".