İranın gənc yunan-roma güləşçiləri dünya çempionatının qalibi olublar
https://azeri.sahartv.ir/news/elm_və_mədəniyyət-i423560-İranın_gənc_yunan_roma_güləşçiləri_dünya_çempionatının_qalibi_olublar
İranın 23 yaşadək oğlanlardan ibarət yunan-Roma güləşi üzrə milli komandası ABŞ-nin Las-Veqas şəhərində keçirilən dünya çempionatında üç qızıl və iki bürünc medal qazanaraq, komanda hesabında dünya çempionu olub.
(last modified 2026-10-15T14:23:37+00:00 )
Okt 15, 2026 18:22 Asia/Baku
  • İranın gənc yunan-roma güləşçiləri dünya çempionatının qalibi olublar

İranın 23 yaşadək oğlanlardan ibarət yunan-Roma güləşi üzrə milli komandası ABŞ-nin Las-Veqas şəhərində keçirilən dünya çempionatında üç qızıl və iki bürünc medal qazanaraq, komanda hesabında dünya çempionu olub.

İran güləşçilərindən İrfan Cərkəni 63 kq, Əbülfəzl Mohmedi 82 kq, Yasin Yəzdi isə 87 kq çəki dərəcələrində qızıl medal əldə ediblər. Məhəmməd Kamali 67 kq, Məhəmməd Hadi Seydi isə 97 kq çəki dərəcələrində bürünc medala sahib olublar.İran 119 xalla dünya çempionatının zirvəsində qərarlaşıb; Qazaxıstan ikinci, Rusiya isə üçüncü yeri tutublar. Beləliklə İran komandası son dörd il ərzində üçüncü dəfə dünya çempionu olub.