ABŞ torpağında milli güc nümayişi:
İranın 23 yaşadək sərbəst güləş komandası dünya çempionu oldu
İranın 23 yaşadək sərbəst güləş komandası ABŞ-də keçirilən turnirdə dünya çempionu titulunu qazanıb və və ümumilikdə 9 medalla vətənə qayıdıb.
23 yaşadək sərbəst güləş üzrə dünya çempionatı oktyabrın 16-dan 19-dək ABŞ-nin Las Veqas şəhərində keçirilib və İran komandası 4 qızıl, 1 gümüş və 4 bürünc medal qazanaraq və 180 xal toplayaraq, komanda hesabında birinci yeri tutub.İranı təmsil edən idmançılardan Əhura Xatiri 65 kq, Mehdi Yusifi 79 kq, Əbülfəzl Rəhmani 92 kq və Əbülfəzl Məhəmmədnejad 125 kq çəki dərəcələrində qızıl medal qazanıblar. İbrahim İlahi 70 kq çəki dərəcəsində gümüş medala, İbrahim Xovari 61 kq, Əli Kərəmpur 74 kq, Reza Əfşar 86 kq və Məhəmməd Mobin Əzimi 97 kq çəki dərəcələrində bürünc medallara sahib olublar.Rusiya 171 xalla ikinci, ev sahibi ABŞ isə 104 xalla üçüncü olub. İran İslam Respublikasının prezidenti Məsud Pezeşkian da bir müraciət ünvünlayaraq, İranın sərbəst güləş üzrə gənclərdən ibarət milli komandasının ABŞ-də keçirilən dünya çempionatında qürurverici qələbəsini təbrik edib. Prezident Pezeşkian təbrik müraciətində bu mühüm nailiyyəti İran gənclərinin dünya səhnəsindəki bacarıqlarının, əzmkarlığının və ləyaqətinin parlaq sübutu kimi qiymətləndirib.