Balkan TV \ İran Şərqi Avropada yayımını genişləndirir
-
Balkan TV
İranın Teleradio Təşkilatı sədrinin iştirakı ilə keçirilən mərasimdə Beynəlxalq Səhər Kanalının nəzdində yaradılan "Balkan TV" telekanalı rəsmən istifadəyə verilib. "BalkanTV"nin istifadəyə verilməsi ilə İranın Teleradio Təşkilatının Şərqi Avropa üzrə yayımı daha da genişləndirilib.
Bundan öncə İranın Teleradio Təşkilatının Şərqi Avropa üzrə yayımı sadəcə Bosniya və Hersoqovina ilə məhdudlaşırdı.
İRİB-nin verdiyi məlumata görə, BalkanTV xəbər və analitik proqramlar ilə yanaşı İranın milli mediasında efirə gedən populyar əyləncə proqramlarını da yayımlayacaq.
Milli medianın müxatiblərinin sayının artması və çeşidli dillərdə yayımlanan proqramların təsir dairəsinin genişlənməsi yeni istifadəyə verilən "BalkanTV" kanalının əsas məqsədlərindən sayılır.
8 saatlıq yayım ilə işə başlayan Balkan TV-nin daha sonra 24 saatlıq yayıma malik olması nəzərdə tutulub.
Balkan məntəqəsi 11 ölkə və 60 milyon əhaliyə malikdir. Balkan əhalisinin 15%-ni müsəlmanlar təşkil edir.