İRİB sədri: "Press TV" qərb mediaları ilə qarşılaşmada ön cəbhədədir
-
Əbdüləli Əli Əsgəri
İran İslam Respublikasının Radio və Televiziya Təşkilatının sədri "Press TV"-nin qərb medialarla qarşılaşmada ön cəbhədə olduğunu deyib: Hazırda dünyanın 10 məşhur peyki bu televiziyanın proqramlarını yayımlayır.
Əbdüləli Əli Əsgəri çərşənbə günü "Press TV"-nin yaranmasının 10 illiyi münasibəti ilə keçirilən tədbirdə İran İslam İnqilabının yeni ideya və müraciətə malik olduğunu bildirib: İran Radio və Televiziya Təşkilatının sərhədaşırı telekanalları İran İslam İnqilabının müraciətini dünya xalqlarına çatdırmaq üçün yaradılıblar.
İran İslam Respublikası Radio və Televiziya Təşkilatının sədri əlavə edib: İRİB-in sərhədaşırı telekanalları zülmlə və düşmənlərin İran İslam Respublikasına qarşı düşmənçilikləri ilə mübarizə üçün onların diliylə İslam İnqilabını müdafiə edirlər.
Press TV-nin təsis olunmasının 10-cu illiyi münasibəti ilə çərşənbə günü Tehranda tədbir təşkil olunub. Tədbirdə İran Radio və Televiziya Təşkilatının sədri Əbdüləli Əli Əsgəri, onun sərhədaşırı bölmə üzrə müavini Peyman Cibilli, bir qrup rəsmi, o cümlədən İranın Atom Enerjisi Təşkilatının sədri Əli Əkbər Salehi iştirak ediblər.
Press TV İran İslam Respublikasının ingilis dilli ilk televiziyasıdır və telekanal 2007-ci il iki iyulda "Xəbər, başqa prizmadan" şüarı ilə öz işinə başlayıb.