İyul 13, 2017 11:28 Asia/Baku
  • Şəms Təbrizi Məqbərəsi
    Şəms Təbrizi Məqbərəsi

Şəms Təbrizi Məqbərəsinin direktoru deyib: Şəms Təbrizi Məqbərəsi, Xoy şəhər bələdiyyəsi və YUNESKO arasında 9 bənddən ibarət bir əməkdaşlıq sənədi imzalanıb.

"Şəms Təbrizi" və ya "Şəmsəddin" ləqəbləri ilə tanınan Məhəmməd Bin Əli Bin Məlikdad Təbrizi hicri  qəməri tarixi ilə 7-ci əsrdə yaşamış dünya şöhrətli arifdir. Təbriz şəhərində anadan olan Şəms Təbrizinin məqbərəsi hazırda Qərbi Azərbaycan ostanında, Xoy şəhərində yerləşir. Şəms Təbrizinin məqbərəsi hər il çox saylı turist və ziyarətçini qəbul edir.

Şəms Təbrizi Məqbərəsinin direktoru Mirfəttah Kəbiri cümə axşamı İRNA-ya verdiyi müsahibədə bu sənədin imzalanmasında məqsədin Şəms Təbrizinin daha artıq tanıtdırılması olduğunu bildirib və deyib: Bu anlaşma sənədinin imzalanması ilə YUNESKO və Şəms Təbrizi məqbərəsi arasında "Şəms" və "Moləvi" mövzusunda milli və beynəlxalq proqramların hazırlanması və icrası sahəsində ikitərəfli əməkdaşlıqlar həyata keçiriləcək. 

Moləvi ləqəbi ilə məşhur olan Cəlaləddin Məhəmməd Bəlxi (Rumi) hicri qəməri tarixi ilə 7-ci əsrdə yaşamış digər böyük ariflərdən biridir. 

 

 

Teqlər