İranın yüngül atletika yığmasının uğuru
Fev 02, 2018 07:07 Asia/Baku
-
İranın yüngül atletika yığmasının uğuru
İran İslam Respublikasının yüngül atletika üzrə yığma komandasının üzvü Həsən Təftiyan dünən gecə Tehranda keçirilən salon üzrə 2018-ci il səkkizinci Asiya yüngül atletika çempionatı yarışlarında 60 metrlik məsafəyə qaçış üzrə finalda birinci olubdur.
Təftiyandan sonra Qətərin Nigeriya əslli yüngül atleti Fimi Uqund Son ikinci olub.
İran İslam Respublikasının yüngül atletləri yarışların bu mərhələsində Təftiyanın qızıl medalından öncə üç min metr məsafəyə qaçışda bir qızıl və bir bürünc medal, həmçinin hündürlüyə tullanma yarışlarında bir gümüş medal qazanmışdılar.
2018-ci il səkkizinci Asiya yüngül atletika çempionatı yarışları 22 ölkədən olan 360 idmançının iştirakı ilə fevralın birində Tehrana başlanıb və fevralın üçünədək davam edəcək.
Teqlər