Professor Səmiyi Rusiya Elmlər Akademiyasının qızıl medalı ilə mükafatlandırılıb
-
Professor Səmiyi Rusiya Elmlər Akademiyasının qızıl medalı ilə mükafatlandırılıb
Rusiya Elmlər Akademiyası tanınmış iranlı alim professor Məcid Səmiyini "Nikolay Piroqov Mealı" ilə təltif edib.
İRNA-nın məlumatına görə, tanınmış rus həkim Nikolay Piroqovun adını daşıyan fəxri medal humanitar fəaliyyətlərinə, beyin və onurğa beyni üzərindəki cərrahiyyə əməliyyatlarına və sinir sistemi ilə bağlı elmi fəaliyyətlərinə görə professor Məcid Səmiyi-yə təqdim edilib.
Professor Səmiyi medalın verilməsi mərasimində deyib: Rusiya Elmlər Akademiyası tərəfindən belə bir medal ilə təltif olunmaq mənim üçün böyük fəxrdir.
Medalın verilməsi mərasimində həmçinin, 14 nəfər müxtəlif sahələr üzrə fəaliyyətinə görə mükafatlandırılıb.
Bu, Rusiya tərəfindən professor Səmiyi-yə verilən ikinci medaldır.
Professor Səmiyi 2017-ci ildə də "Professor Aleksandr Konovalov" medalı ilə təltif olunmuşdu.