İran bölgədə hüceyrə müalicəsində ilk yerdədir
https://azeri.sahartv.ir/news/elm_və_mədəniyyət-i314404-İran_bölgədə_hüceyrə_müalicəsində_ilk_yerdədir
İranın Ana Hüceyrələr Elmləri və Texnologiyaları Qərargahının katibi İranın regionda ana hüceyrələr sahəsində ilk yerdə durduğunu deyib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyun 21, 2018 12:49 Asia/Baku
  • İran bölgədə hüceyrə müalicəsində ilk yerdədir

İranın Ana Hüceyrələr Elmləri və Texnologiyaları Qərargahının katibi İranın regionda ana hüceyrələr sahəsində ilk yerdə durduğunu deyib.

Əmir Əli Həmidiyyə cümə axşamı günü İRİB-ə müsahibəsində deyib: İranda ana hüceyrələr sahəsində elmi inkişaf elə bir formadadır ki, İslam Respublikası 2017-ci ildə dünyada 14-cü yeri və bölgədə ilk yeri qazanıb. 

İranın Ana Hüceyrələr Elmləri və Texnologiyaları Qərargahının katibi həmçinin ana hüceyrələr sahəsində İranın 45 universitet və araşdırma mərkəzinin fəaliyyət göstərdiyini bildirərək deyib: Elmi heyətin min üzvü, eləcə də min tələbə bu sahədə təlim və araşdırma layihələrində fəaliyyət göstərir və bu da İranda elmin inkişafına səbəb olur.