İran komandası Voleybol üzrə Millətlər Liqasının finalına çıxıb
https://azeri.sahartv.ir/news/elm_və_mədəniyyət-i343306-İran_komandası_voleybol_üzrə_millətlər_liqasının_finalına_çıxıb
İranın yığma voleybol komandası 2019-cu il millətlər liqasının beşinci həftəsinin ilk görüşündə Serbiya yığmasını məğlub edərək, birinci komanda kimi finala vəsiqə qazanıb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyun 29, 2019 04:16 Asia/Baku
  • İran komandası Voleybol üzrə Millətlər Liqasının finalına çıxıb
    İran komandası Voleybol üzrə Millətlər Liqasının finalına çıxıb

İranın yığma voleybol komandası 2019-cu il millətlər liqasının beşinci həftəsinin ilk görüşündə Serbiya yığmasını məğlub edərək, birinci komanda kimi finala vəsiqə qazanıb.

İranın voleybol komandası cümə günü 2019-cu il millətlər liqasının beşinci həftəsinin ilk görüşündə Bolqarıstanın Plovdiv şəhərində Serbiya komandası ilə qarşılaşaraq, bu komandanı 3:1 hesabı ilə qarşısından götürübdür.

İranın voleybol komandası birinci, üçüncü və dördüncü setlərdə rəqibini müvafiq olaraq, 25:23; 25:22 və 25:19 hesabı ilə məğlub edib.

İranın yığma voleybol komandası bu gün Bolqarıstan seçməsi ilə qarşılaşacaq, bazar günü isə Amerika yığması ilə görüş keçirəcəkdir.