İran voleybolu ehtiyat oyunçuları ilə Bolqarıstanı məğlub etdi
-
İran voleybolu ehtiyat oyunçuları ilə Bolqarıstanı məğlub etdi
Özünün bütün əsas oyunçularına istirahət verən İranın yığma voleybol komandası Bolqarıstan yığması üzərində qələbə qazanıb.
İranın milli voleybol komandası dünən gecə 2019-cu il millətlər liqasında keçirdiyi 14-cü görüşündə yarışların bu mərhələsinə ev sahibliyi edən Bolqarıstan komandası ilə qarşılaşıb və bu komandanı 3:0 hesabı ilə məğlub edibdir.
İran milliləri üç seti 25-23; 25-23 və 25-21 hesabları ilə başa vurublar.
İranın voleybol komandası cümə günü gecə 2019-cu il millətlər liqasının beşinci həftəsinin ilk görüşündə Serbiya komandasını məğlub edərək, bu yarışlarda birinci komanda kimi finala vəsiqə qazanmışdı.
İranın voleybol komandası bu gün millətlər liqasının seçmə yarışlarının sonuncu turunda Amerika komandası ilə yarışların nəticələrinə təsiri olmayan bir görüş keçirəcəkdir.