Yanacaq meyarının dəyişdirilməsi
-
Yanacaq meyarının dəyişdirilməsi
Şirazda bir meşədəki kəndin sakinlərinin meşəni qorumaq və yanacaq meyarını dəyişmək sahəsindəki həmkarlığı Fars vilayətində təbii ehtiyatlar üçün yaxşı bir təcürbə idi.
Nəreyşen: Uzun və sərt bir yol.
Bir hissəsi maşınla, bir hissəsi də piyada.
Məqsəd, “Cənubi Firuzi Kan” yüksəklikləri, Zaqros meşələrinin mərkəzində yerləşən bir kənddir. Pak mənzərələrdən və bu məntəqə əhalisinin söhbətlərindən keçsək, meşənin kəsilməsinə çatırıq.
Müsahibə: Ağacı oduna yarayan hər bir ağacı kəsib, gətirirdik.
Nəreyşen: Burada meşə asanlıqla tüstülənir. İstiliyindən tutmuş aşpazlığadək.
Müsahibə: Bu, məsələn, bizim köhnə hamamımızdır.
Nəreyşen: Sonda da ev sakinləri üçün su qızır, amma nəyin bahasına.
Müsahibə: Odun yanacaqlarına malik olan qədim qızdırıcılar ayda 300-500 kilo odun istehlak edirlər.
Nəreyşen: Bu, yəni 22 ailə tərəfindən bir ildə yüz min ağacın yandırılması deməkdir. Məyusedici bir rəqəmdir.
Müsahibə: Kəsməyə məcbur idik, istər yaş olsun, istərsə də quru.
Nəreyşen: Məyusluğun kulminasiya nöqtəsində bir yaxşı iş hər şeyi meşənin xeyrinə dəyişdi.
Bu kənddə yanacaq meyarının başlıca hissəsi bir gündə dəyişdi. Bu asanlığa.
Meşə sakinlərinin meşənin qorunması üzrə həmkarlığı Fars vilayətində təbii ehtiyatlar üçün yaxşı bir təcürbədir.
Müsahibə: Kənddə 22 günəş qızdırıcısı pulsuz şəkildə quraşdırılıb.
Nəreyşen: 12 saat vaxtın sərf olunması və 70 milyon tümənin xərclənməsi meşənin qorunmasına və meşə sakinlərinin razılığına gətirib çıxarıbdır.
Müsahibə: Əlhəmdulillah, günəş enerjisi ilə hamamda isti suya malikik.
Nəreyşen: Bu kənddə nəinki yanacaq meyarı, həm də meşəyə baxış da dəyişibdir.
Müsahibə: Biz özümüz indi olmuşuq meşənin qoruyucusu.
Nəreyşen: Geri dönərkən bir sual bizi düşündürürdü. İranda meşədə yaşayan və 300 gün də günün altında olan neçə kənd sakini vardır?