Londonda İran Mədəniyyəti və Sivilizasiyası Konfransı
https://azeri.sahartv.ir/news/elm_və_mədəniyyət-i352301-londonda_İran_mədəniyyəti_və_sivilizasiyası_konfransı
İranın zəngin mədəniyyəti və sivilizasiyası nadir bir xəzinə kimi misilsiz imkanlar yaradıb və dünya xalqlarının ondan bəhrələnmələri ilə yanaşı, İranın yüksək adının təqdimində təsirli rol oynaya bilər.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Noy 15, 2019 17:56 Asia/Baku
  • Londonda İran Mədəniyyəti və Sivilizasiyası Konfransı
    Londonda İran Mədəniyyəti və Sivilizasiyası Konfransı

İranın zəngin mədəniyyəti və sivilizasiyası nadir bir xəzinə kimi misilsiz imkanlar yaradıb və dünya xalqlarının ondan bəhrələnmələri ilə yanaşı, İranın yüksək adının təqdimində təsirli rol oynaya bilər.

Ekspertlər, universitet müəllimləri və İran mədəniyyəti və sivilizasiyasına maraq göstərənlər Londonda keçirilən birgünlük seminarda İran mədəniyyəti və sivilizasiyası barədəki qalın kitabdan qızılı vərəqləri müxtəlif ölkələrin nümayəndələri və səfirlərindən bir qrupu, iransevərlər, həmçinin İranın mədəniyyəti və incəsənətinin vurğunları üçün şərh etdilər.

Onlar İranın adını eşidərkən bilməlidirlər ki, İran 7 min il dünyanın elə bu nöqtəsində yerləşən bir ölkədir. Müxtəlif dövranları keçirib. İsgəndərin hücumları ilə üzləşib. Monqolların hücumları ilə üzləşib, amma daim İran özünü tapa və əzəmətli bir sivilizasiyanın banisi ola bilib və dünyanın bir çox hissələrini öz təsiri altına qoyubdur.

“İran irsi” fondunun direktoru doktor Con Kertis və arxeoloq və Part sivilizasiyası sikkələri üzrə beynəlxalq proqramın müdiri doktor Vesta Sərhuş İran sivilizasiyasının 7 minillikdən çox xəzinəsini xatırladaraq, Yunan, Roma və Mesopotamiya sivilizasiyalarının qədim iranlılarla anlaşmalarının qarşılıqlı təsirindən danışıblar.

Biz Sielk təpəsi barədə iki konfrans keçirdik ki, hər dəfə İrandan olan həmkarlarımız onda iştirak etdilər. Hazırda o konfransın məqalələri çap olunub və Sielk təpəsi barədə növbəti konfrans on gündən sonra Parisdə keçirilməlidir.

İranşünasların sözlərinə görə, İran sivlizasiyasından və islami mədəniyyətdən ibarət bir tərkib möhtəşəm bir məcun yaradıbdır ki, sərgərdan dünya ictimaiyyətinə rəhbərlik üçün kifayət edər.