Şəkər istehlakı bağırsaq iltihabı xəstəliklərinə tutulma təhlükəsini artırır
-
Şəkər istehlakı bağırsaq iltihabı xəstəliklərinə tutulma təhlükəsini artırır
Alberta universiteti tədqiqatçılarının araşdırmaları göstərir ki, qısa bir zaman müddətində çox midarda şəkərin istehlakı bağırsaq iltihabı xəstəliklərinə tutulma təhlükəsini artırır və sağlamlığa böyük təsir göstərir.
“Medikal Ekspress” xəbər portalının məlumatına görə, bu araşdırma göstərir ki, qida rejimi kolit daxil olmaqla bağırsaq iltihabı xəstəliklərində mühüm təsirə malikdir. Yaralı kolit yoğun bağırsağın bir iltihab xəstəliyidir. Adətən qarın ağrısı, qanlı ishal və tez-tez ayaqyoluna getməklə müşayiət olunur.
Faydalı və liflə dolu yeməklər faydalı bakteriyaları gücləndirir və lifi olmayan və şirin olan yeməklər pis bakteriyaları, İ-Kolay bakteriyasını gücləndirir və iltihabın yaranmasına gətirib çıxarırlar. Çox qəndə malik olan qida rejimi bağırsaq toxumasına zərər vurur və təhlükəsilzik cavabının pozulmasına səbəb olur.