Torbəte-Heydəriyyədə zəfəran əkini
-
Torbəte-Heydəriyyədə zəfəran əkini
İstixanada zəfəran əkini bu gün zəfəran istehsalçılarının əsas mövzusu olubdur. Zira zəfəran hamımızın tanıdığımız çox dəyərli ədviyyatlardan biridir. Zaman keçdikcə və istixana formasında zəfəran əkini səviyyəsinin artması ilə bu dəyərli bitki yenə də öz yerini qoruyub saxlayaraq, ilk sözü deyir.
Torbəte-Heydəriyyə əhalisinin qırmızı qızıla diqqət yetirməsi bu şəhərin yaradıcı gənclərini də zəfəran istehsalında yenilikçiliyə sövq etdiribdir.
İstixana zəfəranı gördüyünüz kimi, suya və torpağa ehtiyacı olmayan bir zəfərandır. Bu metod neçə ildir İranda rövnəq tapıb və ilk dəfə olaraq biz bu il öz şəhərimizdə bu işə start verdik. İxtiyarımızda olan salonun sahəsi 50 kvadrat-metrdir, lakin bizim əkin sahəmiz 35 kvadrat-metrdir və biz bu 35 kvadrat-metrdə bir ton zəfəran soğanını mərtəbəli formada beş mərtəbədə əkə bildik.
Seyyed Ələmdaran ailəsinin yaxınları Torbəte-Heydəriyyədən olan bu gəncin uğurlu amillərindəndir.
Əlhəmdulillah, həm gülü, həm də əyarı çox yaxşıdır
Qadın- Çox sevinirəm ki, Seyid, işində uğur qazanıb və yeni bir işə başlayıbdır.
Zəfəranın istixanada əkilməsi onun ənənəvi əkininə nisbətən üstünlüklərə malikdir.
Birinci hal budur ki, suyun az olmasına və suvarmanın xərcinə görə, istixana əkini suvarmanın istehlakının idarə olunması istiqamətində ən yaxşı üsuldur və sonrakı hal da əkin sahəsinin səviyyəsi və mühitindən maksimum istifadədir ki, biz mərtəbəli formada kiçik bir mühitdə çox sayda zəfəran əkərək, yığa bilərik.
Qırmızı qızıl istehsalında yeni metodlardan bəhrələnmə gələcəkdə də bu məhsulun mənfəət gətirməsini təmin edəcəkdir.
Zəfəran gülü yığımı göstəricisinin onqat artması, yüksək qiymət və daha yaxşı keyfiyyət/ istixanada aeroponik üsulu ilə zəfəran əkininin məziyyətlərindəndir.