Tailandda kokos palmasının bütün hissələri emal olunur
-
Tailandda kokos palmasının bütün hissələri emal olunur
Tailand kokos palmasının bütün hissələrini emal edib, onu müxtəlif məhsullara çevirərək, bu yerli meyvənin satışından izafi dəyər əldə edir.
Kokos palması burada tailandlılar arasında xas bir yerə malikdir. Dəri və saçdan bədən sağlamlığına qədər 30 xüsusiyyətə sahib minerallar, lif və müxtəlif vitaminlərlə zəngindir.
M.K- Kokos palmasının südü və tozundan düyü, müxtəlif yerli yeməklər və şirniyyatların bişirilməsində istifadə edirik.
Geniş əkin sahələrindən yığılan bu məhsulun illik ixracı 140 milyon dollardır. Hazırda hökumət yüzlərlə kiçik kokos emalı sexi yaradaraq, yerli əhali üçün daha çox iş yerinin yaradılması, turizmin rövnəq tapması və izafi dəyər cəzb etməyi qarşıya məqsəd qoyubdur.
M.K- Kokos palmasının salxımından böyük bir qida dəyəri olan bir növ şəkər əldə edirik.
Kokos palmasının bütün komponentləri burada istifadə olunur və heç bir şey atılmır, hətta çubuğundan belə əl işləri sənayesində istifadə olunur.
Bu meyvənin qalın və sərt qabığından kasa və boşqabdan tutmuş dibçək, fənər və gəlinciyədək müxtəlif əsərlər işlənib hazırlanır. Böyük diqqət, səbr və sənətkarlıqla təraş və cilalamadan sonra bu meyvə qabığı qiymətli və dəyərli bir xəzinə olur.
M.K- Xarici turistlər kokos palması meyvəsinin qabığından düzəldilən əl işlərini rəğbətlə qarşılayılar. Bəzən gündəlik satışımız iki milyon bat da olur.
Meyvə qabığı hazırda xas, həm də kəsərli bir ideya ilə gəlir gətirən milli bir sərvətə çevrilibdir.