Ukrayna məhsulu
-
Ukrayna məhsulu
Son 20 il ərzində xarici malların geniş surətdə Ukraynaya daxil olması bu ölkənin istehsal obyektlərini tətilə və müflisliyə çəkibdir. Bir ukraynalı jurnalist maraqlı bir ideya ilə ölkəsinin istehsalçılarını himayə etməyə çalışır.
Son 20 ildə xarici mallar və brendlərin Ukraynanın istehlak bazarına daxil olması bir çox ukraynalı istehsalçını müflis edibdir. Görəsən, bir il təkcə daxildə istehsal olunan məhsullarla yaşamaq olarmı?
Bu sual ukraynalı bir jurnalist və ictimai fəalın zehnində daxili məhsullara dəstəyə əsaslanan bir ideyanın qığılcımı oldu.
Yula Sovestina- jurnalist, ictimai fəal və “Made in Ukraine” layihəsinin müdiri:
7 il bundan öncə heç kəs daxili məhsulların keyfiyyətinə inanmırdı. Mənim ideyam daxili istehsal obyektləri və zavodlar barədə araşdırma aparmaq idi. Onların bir çoxu tanınmamışdı. Özəl sektorun sərmayə yatırımı ilə bir il keçəndən sonra daxili məhsullar festivalı təşkil edə bildik.
O, təlim kursları keçirməklə daxili istehsalçıları bazarda rəqabətə hazırladı.
Yula Sovestina:
Bu festival yaxşı qarşılandı. İstehsal obyektləri sahiblərinin beynəlxalq bazarlara daxil olmaları üçün hərtərəfli təlimə başladıq. Gələn ilin yayında da “Məhsulların keyfiyyətinin yüksəldilməsi üçün istehsal məlumatllılığı” adı altında bir layihə icra edəcəyik.
İstehsalçıların onun layihəsindəki iştiraklarının artması ilə daxili məhsulların təqdimi üzrə satış mərkəzləri də rövnəq tapdı və yavaş-yavaş daxili məhsulların satın alınması bir mədəniyyət forması aldı.
Ukrayna vətəndaşı:
Bu satış mərkəzinin məhsulları keyfiyyət baxımından xarici oxşarından o qədər də fərqlənmir və bu onu göstərir ki, biz də keyfiyyətli məhsul istehsal edə bilərik.
Ukrayna vətəndaşı:
Məhsulun brend olub-olmamasının mənim üçün fərqi yoxdur. Önəmli olan məsələ budur ki, onunla rahatlıq hiss etmiş olam və ondan xoşum gəlmiş olsun.
Ukraynada istehsal edilən məhsulların təqdim olunması festivalına indiyədək 2 min nəfərdən çox insan baş çəkibdir. Bir neçə kiçik daxili istehsalçının bir məcmuədə bir araya gəlməsi və daxildə istehsal olunan malların satın alınması mədəniyyətinin yayılması indi “Ukrayan istehsalı” layihəsini milli layihəyə çeviribdir.