Xalça Muzeyində “Kəlağayı: ipək qanadlar” sərgisi
https://azeri.sahartv.ir/news/elm_və_mədəniyyət-i352904-xalça_muzeyində_kəlağayı_ipək_qanadlar_sərgisi
Noyabrın 26-da Azərbaycan Milli Xalça Muzeyində “Kəlağayı: ipək qanadlar” adlı sərginin açılışı olub.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Noy 28, 2019 14:42 Asia/Baku
  • Xalça Muzeyində “Kəlağayı: ipək qanadlar” sərgisi
    Xalça Muzeyində “Kəlağayı: ipək qanadlar” sərgisi

Noyabrın 26-da Azərbaycan Milli Xalça Muzeyində “Kəlağayı: ipək qanadlar” adlı sərginin açılışı olub.

Milli Xalça Muzeyinin direktoru, Əməkdar mədəniyyət işçisi Şirin Məlikova bildirib ki, ekspozisiyaya Azərbaycanın Əməkdar rəssamı İnna Kostinanın şəxsi kolleksiyasından 30-dan çox kəlağayı nümunəsi, o cümlədən ipək üzərində batika texnikasında hazırlanmış onun müəllif olduğu 30 panno daxildir. Sərgi konsepsiyasının əsasını ənənəvi, yəni klassik və ipək üzərində rəsm sənətinə müasir, yəni müəllif yanaşmanın sintezi təşkil edir.