Nəsiminin 650 illiyi ilə bağlı Azərbaycanda ağacəkmə aksiyası keçirilib
https://azeri.sahartv.ir/news/elm_və_mədəniyyət-i353434-nəsiminin_650_illiyi_ilə_bağlı_azərbaycanda_ağacəkmə_aksiyası_keçirilib
Mütəfəkkir şair İmadəddin Nəsiminin 650 illik yubileyi ilə əlaqədar Azərbaycan Respublikasında 650 min ağac əkilib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Dek 07, 2019 05:47 Asia/Baku
  • Nəsiminin 650 illiyi ilə bağlı Azərbaycanda ağacəkmə aksiyası keçirilib
    Nəsiminin 650 illiyi ilə bağlı Azərbaycanda ağacəkmə aksiyası keçirilib

Mütəfəkkir şair İmadəddin Nəsiminin 650 illik yubileyi ilə əlaqədar Azərbaycan Respublikasında 650 min ağac əkilib.

Bu təşəbbüs birinci vitse-prezident Mehriban Əliyevanın çağrışı əsasında baş tutub.

 Ekologiya və Təbii Sərvətlər nazirinin müavini Firdovsi Əliyev mətbuat konfransında bildirib ki, ağacəkmə aksiyasında 80-dən çox rayonda 37 növ ağac əkilib.

Bir gündə 650 min ağacın əkilməsi yaşıllıqların daha da artırılmasına, qlobal iqlim dəyişikliyinin təsirlərinin azaldılmasına, həm də karbon qazının udulmasına müsbət təsir göstərə bilər.

"Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə 2019 il Azərbaycanda “Nəsimi ili” elan olunmuşdur.