İran yeniyetmələrin sərbəst və yunan-roma güləşi yarışlarının qalibi olub
https://azeri.sahartv.ir/news/elm_və_mədəniyyət-i354016-İran_yeniyetmələrin_sərbəst_və_yunan_roma_güləşi_yarışlarının_qalibi_olub
İranın yeniyetmələrdən ibarət sərbəst və yunan-roma güləşi komandaları ümumdünya uşaq günü münasibətilə keçirilən beynəlxalq yarışlarının qalibi olublar.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Dek 14, 2019 09:50 Asia/Baku
  • İran yeniyetmələrin sərbəst və yunan-roma güləşi yarışlarının qalibi olub

İranın yeniyetmələrdən ibarət sərbəst və yunan-roma güləşi komandaları ümumdünya uşaq günü münasibətilə keçirilən beynəlxalq yarışlarının qalibi olublar.

Azərbaycan Respublikası, Ermənistan, Qırğızıstan və Türkmənistan komandaları, eləcə də İranın altı daxili komandasının iştirakı ilə dekabrın on birindən bəri Qəzvin vilayətinin Əlvənd şəhərində keçirilən 22-ci beynəlxalq sərbəst və yunan-roma güləş yarışları dünən axşam başa çatıb.

Bu yarışların sonunda, sərbəst güləş növündə İran, Qırğızıstan və Azərbaycan Respublikası, yunan-roma növündə isə İran, Qırğızıstan və Ermənistan yığmaları birincidən üçüncüyədək olan yerləri tutublar.