Şirazda 11-ci Pars turizm sərgisi işə başlayıb
https://azeri.sahartv.ir/news/elm_və_mədəniyyət-i354330-Şirazda_11_ci_pars_turizm_sərgisi_işə_başlayıb
11-ci Pars turizm sərgisi və 12-ci ümumölkə əl işləri sənayesi sərgisi Şirazda “Fars” beynəlxalq sərgilər üzrə daimi məkanında işə başlayıb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Dek 19, 2019 16:25 Asia/Baku
  • Şirazda 11-ci Pars turizm sərgisi işə başlayıb
    Şirazda 11-ci Pars turizm sərgisi işə başlayıb

11-ci Pars turizm sərgisi və 12-ci ümumölkə əl işləri sənayesi sərgisi Şirazda “Fars” beynəlxalq sərgilər üzrə daimi məkanında işə başlayıb.

11-ci Pars turizm sərgisindən həm Buşehrə səfər etmək olar...

M.K- Turistlərin əlli faizi həsirtoxuma sənayesi məhsullarını almağa üz tutub.

həm Fars vilayətinin müxtəlif məkanlarına...

həm də gözəl Kiş adasına...

Burada ölkənin əl işləri sənayesi və turizm fəalları öz bacarıqlarından danışırdılar.

M.Q- Bunlar sasanilər motivinə malik tamamilə yeni işlərdəndir.

İştirakçıların yarısı Fars vilayətindəndir.

M.K- İlk dəfə olaraq biz özəl sektorun əmlakı və muzeylərini sərgidə bir-birinin kənarında yerləşdirə bildik.

Təqdimat bazarı da qızğın idi. Əl işləri sənayesi üzrə beynəlxalq ticarət mərkəzinin markasından tutmuş Təbrizdə düzəldilmiş dünyanın ən kiçik bıçağına qədər...

M.K- Bu bıçağın ölçüsü on millimetrdir.

Builki sərgi müalicə turistlərini də qarşılayır.

Fars vilayətində əl işləri sənayesində 120 sahə fəaliyyət göstərir və 200 min sənətkar işlə məşğuldur.

M.K- Ötən il Abadə rayonunun ağacişləmə peşəsi beynəlxalq səviyyə qazandı və bu proses Şiraz vilayətində davam edir.

Ölkənin əl işləri sənayesi sənətkarları bu ilin əvvəlindən bəri 120 milyon dollarlıq ixracata mlaik olublar. Hər il beş milyondan çox turist Fars vilayətinə səfər edir və bu, vilayət üçün münasib imkan yaradır.