İstanbulda modern miniatür sərgisi
https://azeri.sahartv.ir/news/elm_və_mədəniyyət-i354449-İstanbulda_modern_miniatür_sərgisi
Türkiyədə ən mühüm incəsənət sərgilərindən birində bir iranlı sənətkarın modern miniatür formasında yaradılmış əsərləri bir çoxlarının diqqətini çəkibdir... Ustad Yəqub Əbbasi Cəm Təbrizdə anadan olub, əsərləri İranın miniatür sənətindən ilham alıbdır.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Dek 22, 2019 13:27 Asia/Baku
  • İstanbulda modern miniatür sərgisi
    İstanbulda modern miniatür sərgisi

Türkiyədə ən mühüm incəsənət sərgilərindən birində bir iranlı sənətkarın modern miniatür formasında yaradılmış əsərləri bir çoxlarının diqqətini çəkibdir... Ustad Yəqub Əbbasi Cəm Təbrizdə anadan olub, əsərləri İranın miniatür sənətindən ilham alıbdır.

Söhbət sənətdəki reallıqla həqiqət arasındakı fərqdən gedir.

Natiq deyir ki, görünən reallıqdır, amma həqiqət reallıqdan alınan bir mesajdır və bu, bir bədii əsərin originallığı deməkdir.

Bu yığıncaq İstanbulda mühüm bir sənət hadisəsinin açılışı mərasimidir. Bu sərgidə Türkiyə rəssamlarının dəyərli tabloları təqdim olunub, amma bəzi ekspertlərin fikrincə, yeganə iranlı sənətçinin əsərləri bir çoxlarının diqqətini özünə çəkibdir.

M.Q- Ustad öz əsərlərində miniatürün bütün incəliklərini yağlı boyadan və xas metoddan istifadə ilə realistcəsinə təsvirə çəkib və çox sayda tamaşaçını cəzb edibdir.

Ustad Yəqub Əbbasi Cəm Təbriz təvəllüdlüdür və öz əsərlərində müasir miniatürdən yeni bir üslub təqdim edibdir.

M.K- Miniatürdən bu səpkiyə gəmişəm. Elə miniatürdə işlədiyim səpki ilə yağlı boyadan istifadə etməyə çalışdım. Qızıl və gümüşlə bəzəmə... və elə həmin üslubla əsərlər yaratdım.

Bu sərgi Türkiyə sənətkarlarının ən mühüm mərasimlərindən sayılır və hər il onun bir hissəsi digər ölkələrdən olan sənətkarlara ayrılır.

M.K- Ustad Yəqub Cəm İran miniatüründən alınmış sənəti bütün xırdalıqları ilə Avropa sənəti ilə kombinə və modern bir səpki təqdim edibdir.

Bir çox ekspert inanır ki, İran ilə Türkiyə arasındakı mədəni ortaqlıqlar, onların fərqlərindən daha çoxdur.