Epilepsiyanın müalicəsinə töhfə verən yeni cihaz hazırlanıb
https://azeri.sahartv.ir/news/elm_və_mədəniyyət-i354492-epilepsiyanın_müalicəsinə_töhfə_verən_yeni_cihaz_hazırlanıb
Kebric universitetinin alimlərindən ibarət bir qrup, Epilepsiya xəstələrinə kömək edən kiçik bir elektron cihaz hazırlayıblar.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Dek 23, 2019 09:16 Asia/Baku
  • Epilepsiyanın müalicəsinə töhfə verən yeni cihaz hazırlanıb

Kebric universitetinin alimlərindən ibarət bir qrup, Epilepsiya xəstələrinə kömək edən kiçik bir elektron cihaz hazırlayıblar.

Bu cihaz beyin üzərində yerləşdirilir və xəstə epilepsiya tutmaları zamanı fəallaşır və epilepsiya hücumunu dayandıran dərmanı ona ötürür. 

Bu cihaz epilepsiya xəstəliyinin müalicəsində yenilik yarada bilər . Beyin üzərində yerləşən bu cihaz xəstənin epilepsiya hücumu astanasında olduğunu hiss etdikdə dərmanı ona ötürür. 

Dünya səviyyəsində insanların bir faizi epilepsiya xəstəliyindən əziyyət çəkir. Bu o deməkdir ki, dünya səviyyəsində təxminən 60 milyon insan bu xəstəliklə mübarizə aparmaqdadır. Eyni zamanda bu xəstələrin böyük əksəriyyəti üçün dərmanlar təsirsizdir. 

EPİLEPSİYANIN MÜALİCƏSİNƏ TÖHFƏ VERƏCƏK YENİ CİHAZ HAZIRLANIB