İranın kişilər üzrə Alış güləşi komandası dünyanın ikinciliyini qazanıb
-
İranın kişilər üzrə Alış güləşi komandası dünyanın ikinciliyini qazanıb
İranın kişilər üzrə Alış güləşi komandası Qazaxıstanda keçirilən ümumdünya yarışlarında ikinci yeri tutub.
İRİB-in verdiyi məlumata görə, yarışların sonunda İran komandası 70 və +100 kiloqram çəki dərəcələrində Məhəmməd Nəbizadə və Puriya Rəməzaninin qazandıqları 2 gümüş medal, 56 kiloqram çəki dərəcəsində Ruhullah Nemətiyanın bürünc medalı və 85 balla ikinci yerdə durub.
Qırğızıstan və Monqolistan komandaları da 96 və 76 balla birinci və ikinci yerləri tutublar.
İranın qadınlar üzrə Alış güləşi komandası da 1 qızıl, 1 gümüş və 1 bürünc medalla yarışların çempion adına layiq görülüb.
Alış güləşi üzrə ümümdünya yarışlara 1990-cı ildən start verilib və hal-hazırda bu idman növü üzrə 39 ölkə federasiyaya və rəsmi cəmiyyətə malikdir. 58 ölkə isə bu sahədə qeyri-rəsmi olaraq fəaliyyət göstərir.