Mərivanın Zəribar nohuru köçəri quşların təhlükəsiz sığınacağıdır
https://azeri.sahartv.ir/news/elm_və_mədəniyyət-i354783-mərivanın_zəribar_nohuru_köçəri_quşların_təhlükəsiz_sığınacağıdır
Yüksək ətraf mühit mədəniyyəti beynəlxalq Zəribar nohurunda quşların həyatı üçün dinclik və təhlükəsizlik yaradıbdır.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Dek 27, 2019 15:48 Asia/Baku
  • Mərivanın Zəribar nohuru köçəri quşların təhlükəsiz sığınacağıdır
    Mərivanın Zəribar nohuru köçəri quşların təhlükəsiz sığınacağıdır

Yüksək ətraf mühit mədəniyyəti beynəlxalq Zəribar nohurunda quşların həyatı üçün dinclik və təhlükəsizlik yaradıbdır.

Bir müddətdir, bu quşların cəh-cəhlərinin simfonik sədası Zəribar nohurunun sükutunu pozubdur.

Dinc bir sığınacaq tapmaq üçün Kürdüstanın itirilmiş cənnətinədək minlərlə kilometr uçan gözəl və xoşsəsli quşlar.

M.K- 283 növ mövcuddur. Zəribar nohurunda mövcud olan növlərdən qaşqaldaq, fitçi-cürə, boz ördək, yamyaşıl ördək, fitçi-marek və sairə işarə etmək olar.

İndi bu gözəl quşların mövcud olmalarına rəğmən, nohurun cazibədarlığı keçmişə nisbətən çoxalıb və həmin məsələ fotoqrafların və təbiətsevərlərin yolunu buraya açıbdır.

M.Q- Hər gün quşlara çörək alıb, gətirirəm.

Ətraf mühit qabaqcılları da bu müddətdə çox diqqətli gözlərilə bu qonaqları qorumaq üçün əllərindən gələni ediblər.

M.K- Zəribar nohuru, xüsusən quşlar üçün hədələyici amillərdən biri, nohurun kənarında yaranan yanğınlardır.

Zəribar heyvanlarının sığınacağı və Ramsər konvensiyası nohurunun 23-cü üzvü olan beynəlxalq nohur hər il minlərlə ədəd yerli və köçəri quşa ev sahibliyi edir.

Mərivan rayonundakı çox sayda su mənbəyi və təbiətin dincliyi səbəb olubdur ki, bu quşlar qışı keçirmək üçün Zəribar gölünü seçmiş olsunlar.