Cənubi Xorasanın nərgiz gülüstanlarından 20 milyon nərgiz şaxəsi yığılacaq
-
Cənubi Xorasanın nərgiz gülüstanlarından 20 milyon nərgiz şaxəsi yığılacaq
Nərgiz gülü bir çox xüsusiyyətlərə malikdir. Dezinfeksiyaedicidir. Nərgiz gülünü iyləmək başağrısını sakitləşdirir və burun tutulmasını açır. Brüsseldə tibb elmləri mütəxəssisləri öz araşdırmalarında nərgiz gülünün bir növündən təbii anti-xərçəng tərkibi əldə etməyə müvəffəq olublar.
Cənubi Xorasanın nərgiz becərənləri ağaclarda bir yarpağın və torpaqda bir məhsulun olmadığı günlərdə bu diyarın xoşətirli nərgizlərini yığmaqla məşğuldurlar.
Kişi: 15 ildir ki, bu işlə məşğuluq. Yaxşı gəlir gətirir.
Kişi: Xos rayonunda əkin sahələrinin təqribən 24 hektarında nərgiz gülü əkilib.
Cənubi Xorasan nərgiz gülünün becərilməsi səviyyəsi baxımından ölkənin ilk beş vilayəti arasında yerləşir.
Kişi: Məhsul yığımının qızğın çağında gündə 4 min şaxə yığırıq.
Kişi: Yaxşı ətri və qoxusu var. Bazarda yaxşı qarşılanan məhsuldur. Keyfiyyəti, əsas sözü deyir.
Yığımdan sonra nərgiz gülləri dəstələrə bölünür.
Qadın: Nərgizi 50 dənəli dəstələrə ayırır və digər şəhərlərə göndəririk.
Nərgiz gülü ölkənin təbii irsləri arasında 249 sayla qeydə alınıb.
Martın ortalarınadək Cənubi Xorasanın nərgiz gülüstanlarından təqribən 20 milyon nərgiz şaxəsi yığılacaq.