10 min atın dördnala çapmasının təsvirləri
Yan 02, 2020 10:41 Asia/Baku
-
10 min atın dördnala çapmasının təsvirləri
Çinin şimal-qərbində yerləşən Sintszyan-Uyğur Muxtar Rayonunda on min atın çapması bu rayonda turizm proqramının bir hissəsidir.
Nadir hallarda on min atın birlikdə çapmasını görmək olar. Amma bu, Sintszyan-Uyğur Muxtar Rayonunda atyetişdirmə məkanındakı turizm proqramının bir hissəsidir.
Qarla örtülü otlaqlar üzərində bu iri at sürüsünün çapması hər il qış fəslində bir turizm hadisəsi kimi keçirilir. Bu atlar qışda əksər hallarda tövlədə olurlar. Amma vaxtaşırı onları azad buraxırlar ki, geniş ərazilərdə dördnala çapsınlar. Bu məsələ tədricən həmin rayonun əsas turizm cazibələrindən birinə çevrilibdir.