Avstraliyada meşə yanğınlarında 1 milyarddan çox heyvan öldüyü bildirilir
Yan 10, 2020 05:02 Asia/Baku
-
Avstraliyada meşə yanğınlarında 1 milyarddan çox heyvan öldüyü bildirilir
Avstraliyada meşə yanğınlarında 1 milyarddan çox heyvan öldüyü bildirilir.
Universitetin Təbiət elmləri fakültəsinin professoru Kris Dikmanın məlumatına görə, təkcə Yeni Cənubi Uels ştatında 800 milyon heyvan ölüb.
O, çoğrafi və itki sayı baxımından bunu “dəhşətli faciə” hesab edir deyir ki, bu, nəsli kəsilməkdə olan heyvanların yoxa çıxmasını sürətləndirəcək.
Yanğından qurtulub geri dönən heyvanlarsa yeməyə heç nə tapmırlar, çünki ətraf kül içindədir.
Avstraliyada meşə yanğınları ötən ilin oktyabrında ölkənin şərqindən başlayıb.
Son aylarda 5 milyon hektara yaxın meşə yanıb.
İndiyədək yanğında 24 nəfər ölüb.
Viktoriya və Yeni Cənubi Uels ştatlarında fövqəladə vəziyyət rejimi elan edilib.