İranlı qadın karateçi dünya liqasının final mərhələsinə vəsiqə qazanıb
Yan 26, 2020 05:47 Asia/Baku
-
İranlı qadın karateçi dünya liqasının final mərhələsinə vəsiqə qazanıb
İranlı karateçi qız Həmidə Abbasəli Parisdə Van dünya liqasının final mərhələsinə vəsiqə qazanıb.
İRNA-nın verdiyi məlumata görə, qadınlar üzrə 68 kq. çəkinin üstündə Danimarka, Sloveniya, Fransa və Bolqarıstandan olan rəqiblərinə qalib gələn Həmidə Abbasəli yarışların final mərhələsinə vəsiqə qazanıb.
İranlı qadın karateçi bu gün qızıl medal uğrunda Türkiyədən Meltem Hokaoğlu ilə yarışacaq.
Fransada Van karate liqası 92 ölkədən 703 karateçinin iştirakı ilə Paris şəhərində keçirilir və bu gün sona çatacaq.
İran qadın və kişi komandaları ilə bu yarışlara qatılıb.