3 boyutlu texnologiya internet ticarətinin nöqsanlarını aradan qaldırır
-
3 boyutlu texnologiya internet ticarətinin nöqsanlarını aradan qaldırır
Hal hazırda üç boyutlu texnologiya internetdəki sahibkarlığa yardım edərək, nöqsanlar və problemlərin aradan qaldırılmasına öz töhfəsini verir. Bu layihəni Ukraynada bir qadın yerliləşdirib.
Bəlkə də internet vasitəsi ilə satın aldığınız malın təsəvvür etdiyiniz olmadığını yaşamısız. İndi buna görə nigaran olmağa dəyməz, üç boyutlu texnologiya real və virtual dünyalar arasındakı məsafəni minimuma endirib.
Kişi: Bu real və virtual dünyanın birləşdirilməsi layihəsidir. Elektron ticarətdə alıcı tıklayaraq mağazaya daxil ola, istədiyi malları görə və ölçüsü və rəngini, onun digər parametrlərini yoxlayaraq seçə bilir.
Üç il öncə bu layihə Ukraynada bir sahibkar qadın tərəfindən yerliləşdirildi.
Qadın: İnternet alış-verişinin real mərhələsində müəyyən nöqsanlar və problemlər yaşanır ki, bu texnologiya onları aradan qaldırıb. Problemlərin əsas səbəbi mallar barədə məlumatlarla əlaqədardır hansı ki, bir neçə fotoşəkil vasitəsi ilə alıcı mükəmməl məlumat əldə edə bilmir və satın aldığı mal əlinə çatanda onun real rənti, ölçüsü və digər parametrlərinin gözləndiyi kimi olmadığı aşkar olunur.
Üç boyutlu texnologiya bizə virtual fəzada avtomobilə minərək istənilən mağazaya getmək və orada istədiyimiz malı satın almaq imkanı verir.