İranda jelatin kapsula və tablet örtüyü istehsalının yerliləşdirilməsi
-
İranda jelatin kapsula və tablet örtüyü istehsalının yerliləşdirilməsi
İranın Semnan vilayətinin əczaçılıq şirkətində yerli mütəxəssislərin səyləri ilə jelatin kapsula və örtülmüş tablet istehsalı yerliləşdirilibdir.
İldə on milyard həb və kapsula istehsalı Semnan vilayətinin yeganə insan dərmanı obyektini ümumi dərmanlar idxalatında asılılığın kəsilməsi üzrə on milli layihə arasında qoyubdur.
M.Q- Əsəb, ürək-damar, mədə-bağırsaq xəstəlikləri və böyrək problemləri üzrə dərmanlar, eləcə də ağrıkəsici dərmanların idxalatı həyata keçirilmir.
300 milyard riyallıq və 17 milyon avroluq investisiya ilə 11 min kvadrat metrlik bir ərazidə işə salınmış bu əczaçılıq şirkəti iki ildir ki, 150 nəfər üçün məşğulluq yaradıb.
Saatda 90-150 min həb və kapsula istehsalı qabiliyyətinə malik olan dünyanın müasir təchizatları bu kompleksi Yaxın Şərqdə bərk kimyəvi dərmanlar istehsalı üzrə nümunəvi obyektə çeviribdir.
Jelatin kapsulaların istehsalı texnologiyasının yerliləşdirilməsi bu zavodun istehsal xəttinin uğurlarından biridir.
Xəstələrin asan istehlakı üçün həblərin örtülməsində yaradıcı innovasiya və təşəbbüs.
Müştərinin nəzərə alınması, həmçinin məhsulların qablaşdırılması və daxili bazara təqdim olunması.
M.K- Məhsulun əslliyi bu barkod və informasiya ilə izlənilə bilər.
Bu startap şitkətin məhsulları səbəti, araşdırma və inkişafetdirmə bölməsinin səyi ilə çoxalmaqdadır.
Ən yeni məhsullar və keyfiyyət cəhətdən uzaqperspektivli proqram ilə 1399-cu günəş ilində gələcəyin yolu.
10 dərman qrupundan əlavə, qida və pəhriz təkmilləşdiriciləri bu şirkətin məhsulları siyahısındadır.
Bu əczaçılıq şirkətinin mütəxəssisləri və tədqiqatçıları qarşıdakı üç ay ərzində öz məhsullarının sayını əlli növ ümumi dərman növündən səksən növ məhsula catdırmaq niyyətindədirlər. İran bazarının yeni məhsullarından olan qaynar kalsium həbi və D vitamini kimi.