Həddən artıq və keyfiyyətsiz yuxunun insultla əlaqəsi
https://azeri.sahartv.ir/news/elm_və_mədəniyyət-i356983-həddən_artıq_və_keyfiyyətsiz_yuxunun_insultla_əlaqəsi
Sutka ərzində doqquz saatdan çox yatan şəxslər digər şəxslərdən 23 faiz çox insulta tutulma təhlükəsilə üzləşirlər.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Fev 01, 2020 16:24 Asia/Baku
  • Həddən artıq və keyfiyyətsiz yuxunun insultla əlaqəsi
    Həddən artıq və keyfiyyətsiz yuxunun insultla əlaqəsi

Sutka ərzində doqquz saatdan çox yatan şəxslər digər şəxslərdən 23 faiz çox insulta tutulma təhlükəsilə üzləşirlər.

Yetərsiz yuxunun köklük, ürək xəstəliyi, diabet, qan təzyiqi və digər sağlamlıq problemləri ilə əlaqəsi var.

Amerikada Yol Hərəkəti Sağlamlığı İdarəsinin bildirdiyinə görə, ildə 72 min yol qəzası və altı min ölü sürücülərin yetərsiz yuxusu ilə əlaqəlidir. Tədqiqatçılar “Noroloji” nəşrində dərc olunmuş bir məqalədə bildiriblər ki, orta yaşı 62 olan təqribən 32 min şəxs arasında insult təhlükəsini araşdırıblar.

Tədqiqatçıların araşdırmalarının nəticəsi belə olub: Sutka ərzində doqquz saat və ya ondan çox yatan şəxslər səkkiz saatdan az yatan şəxslərdən 23 faiz çox insulta tutulma təhlükəsilə üzləşirlər.

Keyfiyyətsiz yuxu da insulta tutulma təhlükəsinin artmasına səbəb olur.