Yerin isiləşməsilə mübarizə üçün dövlətlər qəti addımlar atmalıdırlar
https://azeri.sahartv.ir/news/elm_və_mədəniyyət-i357853-yerin_isiləşməsilə_mübarizə_üçün_dövlətlər_qəti_addımlar_atmalıdırlar
BMT-nin baş katibi Antonio Quterreş son zamanlar Madriddə keçirilən iqlim konfransını tənqid edib. Bildirib ki, dövlətlər yerin isiləşməsilə mübarizə üçün qəti addımlar atmalı və böyük dəyişiklik ardınca olmalıdırlar.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Fev 17, 2020 12:16 Asia/Baku
  • Yerin isiləşməsilə mübarizə üçün dövlətlər qəti addımlar atmalıdırlar
    Yerin isiləşməsilə mübarizə üçün dövlətlər qəti addımlar atmalıdırlar

BMT-nin baş katibi Antonio Quterreş son zamanlar Madriddə keçirilən iqlim konfransını tənqid edib. Bildirib ki, dövlətlər yerin isiləşməsilə mübarizə üçün qəti addımlar atmalı və böyük dəyişiklik ardınca olmalıdırlar.

Quterreş İslamabadda etdiyi bir çıxışda deyib: Planetimiz yanmaqdadır, amma qərar çıxaranların bir çoxu vaxtı hədərə verməkdə davam edir. Yeganə cavab, iqlim sahəsində qəti addımlardır. Tədrici münasibətər daha yetərli deyil.

Quterreş əlavə edib: Cari ilin sonlarında Şotlandiyanın Qlazqo şəhərində keçirilməli olan növbəti iqlim konfransında dövlətlər dünyamızın ehtiyac duyduğu və xalqların tələb etdiyi böyük dəyişikliyi daha artıq şövqlə yaratmalıdırlar.

BMT-nin baş katibi söyləyib: Varlı ölkələr bu yolu o cümlədən fossil yanacaqlar üçün güzəştlərin qorunmasına son qoymaqla istiqamətləndirməlidirlər.