Marin kəndinin gözəllikləri
https://azeri.sahartv.ir/news/elm_və_mədəniyyət-i358082-marin_kəndinin_gözəllikləri
İranın Kohgiloye və Boyr Əhməd vilayətində yerləşən Gəçsəran bölgəsinin Marin kəndi çox gözəl və cazibədar bir təbiətə malikdir. Bu kənd malik olduğu memarlığına və quruluşuna görə, İranın cənubunun Masulə-si adı ilə tanınır.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Fev 21, 2020 16:36 Asia/Baku
  • Marin kəndinin gözəllikləri
    Marin kəndinin gözəllikləri

İranın Kohgiloye və Boyr Əhməd vilayətində yerləşən Gəçsəran bölgəsinin Marin kəndi çox gözəl və cazibədar bir təbiətə malikdir. Bu kənd malik olduğu memarlığına və quruluşuna görə, İranın cənubunun Masulə-si adı ilə tanınır.

Böyük qaya çıxıntısı üzərində və Xamin və Dil dağları arasındakı dağ ətəyində gözəl Marin kəndi nəzərə çarpır. Marin kəndi Kohgiloye və Boyr Əhməd vilayətinin qədim və abad kəndlərindəndir. Onun memarlığı kəndə özünəməxsus bir cilvə bəxş edibdir.

Marin İran diyarının böyük keçmişə malik hər bir digər kəndi kimi xüsusi mədəniyyət,/ adət və ənənəyə malikdir. Bu adət-ənənələr içərisində şəhidlər ağası İmam Hüseyn(ə) ilə bağlı nəzir və matəm mərasimləri bu kənddə fərqli və yeganədir.

Aşura günü dan yeri ağararkən kənd əhalisi sübh namazından zöhr namazınadək kəndin bir neçə yerində əzadarlıq və sinəvurma mərasimi keçirilir. Zöhr namazından sonra kənd əhalisi etdiyi nəzir və niyyət qədər özünün hazır və bişirilmiş yeməyini hüseyniyyənin mətbəxinə gətirir. Bütün bu yeməklər orada birləşdirilərək, əzadarlar arasında süfrəyə verilir.

Gəçsaran bölgəsi, Duqonbədanın şimal-qərbindən 30 kilometr aralıda yerləşən Marin kəndi!