Yer kürəsi 50 ildən sonra...
50 ildən sonra isti havanın dünya əhalisinin üçdə biri üçün dözülməz hala gələcəyi haqda xəbərdarlıq varş
Yer kürəsindəki iqlim dəyişikliyi mövzusunda çalışan alimlər, istixana qazı tullantılarının azaldılmadığı təqdirdə, 50 ildən sonra isti havanın dünya əhalisinin üçdə biri üçün dözülməz hala gələcəyi haqda xəbərdarlıq edib.
SəhərAzəri-in Parstoday-a istinadən verdiyi xəbərə görə, ABŞ, Çin və Avropa ölkələrindən iqlimşünasların Milli Elmlər Akademiyasının jurnalında dərc etdiyi araşdırmaya görə, eyni həcmdə istixana qazlarının atmosferə atılmasının davam etməsi, insanlar üçün fəlakətli nəticələrə səbəb ola bilər. Tədqiqata görə, istixana qazı tullantıları davam edərsə, 2070-ci ildə planetin hər bir sakini üçün orta hava istiliyi 7,5 dərəcə artacaq. Bu o deməkdir ki, 50 il ərzində planetin proqnozlaşdırılan əhalisinin təxminən 30 faizi havanın orta temperaturunun 29 dərəcə olacağı bölgələrdə yaşayacaq. Bu, bütün materik ərazisinin 0,8 faizini təşkil edən Sahara səhrasında yaşayış şəraitinə bərabərdir. İstixana qazı tullantıları azalmasa, bu iqlimə malik olan bölgələr, artıq 2070-ci ildə bütün materik ərazilərinin 19 faizini təşkil edəcək.