İyun 04, 2020 13:48 Asia/Baku
  • 5 İran universiteti Asiyanın ən üstün universitetləri arasında

İslam Dünyasının Elmi İstinad Bazasının başçısı deyib: “Tayms” təsnifat bazası 2020-ci ildə Asiyanın ən üstün universitetlərinin siyahısını yayıb. Bu əsasda, İran İslam Respublikasının beş universiteti Asiyanın yüz ən üstün universitetləri arasında yerləşib.

SaharAzeri xəbər verir, İslam Dünyasının Elmi İstinad Bazasının başçısı Mohəmməd Cəvad Dehqani sonra deyib: Babol şəhərinin Nuşirvani Sənaye Universiteti, Şərif Universiteti, Əmir Kəbir Universiteti, İran Elm və Sənaye Universiteti, Yasuc Universiteti qeyd olunan beş İran universitetidir.

27 müsəlman Asiya ölkəsindən 16 ölkənin universitetləri “Tayms” təsnifat bazasının 2020-ci il təsnifatında iştirak edirlər.

İran ötən ildə olduğu kimi, 40 universitetlə universitetlərin sayı baxımından birinci yerdə gedir. İrandan sonra Türkiyə və Pakistan müvafiq olaraq, 34 və 14 universitetlə ikinci və üçüncü yerlərdə dururlar.

 

Teqlər