İran Hind okeanının qərbində balıq ovu üzrə birincidir
https://azeri.sahartv.ir/news/elm_və_mədəniyyət-i364224-İran_hind_okeanının_qərbində_balıq_ovu_üzrə_birincidir
İranının Balıqçılıq Təşkilatının sədri Nəbiullah Xunmirzayi İranın Hind okeanının qərbində balıq ovu üzrə birinci yerdə olduğunu bildirib.
(last modified 2024-10-16T10:36:13+00:00 )
İyul 06, 2020 12:19 Asia/Baku
  • İran Hind okeanının qərbində balıq ovu üzrə birincidir

İranının Balıqçılıq Təşkilatının sədri Nəbiullah Xunmirzayi İranın Hind okeanının qərbində balıq ovu üzrə birinci yerdə olduğunu bildirib.

SəhərAzəri İRNA-ya istinadla xəbər verir, İranının Balıqçılıq Təşkilatının sədri Nəbiullah Xunmirzayi İranın Hind okeanının qərbində balıq ovu üzrə birinci yerdə olduğunu bildirərək, deyib: “Keçən il balıqçılıq məhsullarının ümumi istehsal həcmi bir milyon 280 tondan çox olub ki, onun 41 faizi akvakultura fəaliyyətləri və 59 faizi isə balıq ovundan təmin edilib.

“Dünyada 2018-ci ildə balıqçılıq məhsullarının istehsal həcmi 212 milyon ton olubdur ki, onun 54 faizdən çoxu akvakultura və 46 faizi isə balıq ovunun payına düşüb”, -deyə o, əlavə edib.

İranın Balıqçılıq Təşkilatının sədri İranın istehsal yanaşmasının dünya yanaşmasına uyğun olduğunu bildirib və qeyd edib ki, ümumilikdə İran balıqçılıq məhsulları istehsalı baxımından dünyada 23-cü yeri tutur.