İyul 08, 2020 16:36 Asia/Baku
  • İran filmi Sofiya Beynəlxalq Film Festivalının qalibi olub

Bolqarıstanın 24-cü Sofiya Beynəlxalq Film Festivalının münsiflər heyəti İranın "Yəlda" adlı filmini ən yaxşı ssenari üçün nəzərdə tutulan xüsusi mükafatına layiq görüblər.

SaharAzeri xəbər verir, İRNA-nın məlumatına görə, İranın Yəlda filmi Məsud Bəxşinin özünün yazdığı ssenarı əsasında, çəkdiyi filmidir. 

Bolqarıstanın Sofiya Beynəlxalq Film Festivalı bu il onlayn formatda keçirilib.

İranın Yəlda filminin ekranına iyunun 25-dən bütün Bolqarıstanın üstü açıq kino zallarında başlanılıb və iyulun 19-dək davam edəcək.

Bu film həyat yoldaşını öldürdüyü üçün ölüm cəzasına məhkum edilmiş bir gənc qadının hekayəsini nəql edir.

O, ilin ən uzun gecəsi yəni Yəlda gecəsində öldürülən şəxsin yeganə övladı tərəfindən bağışlanmaq üçün canlı yayımlanan bir televiziya verilişinin studiyasına gətirilir; Lakin səhnə axrasında və ekranda baş verən hadisələr hər iki gənc qadını qərar verməkdə ciddi problemlərlə üzləşdirir.

 

 

 

Teqlər