İnsan toxumalarında plastik izi aşkarlanıb
https://azeri.sahartv.ir/news/elm_və_mədəniyyət-i366187-İnsan_toxumalarında_plastik_izi_aşkarlanıb
Tədqiqatçılar insanın ağciyəri, qaraciyəri, dalağı və böyrəklərindən götürülən 47 toxuma nümunəsində plastik çirklənməsinə dair sübutlar aşkar ediblər.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Avq 19, 2020 13:57 Asia/Baku
  • İnsan toxumalarında plastik izi aşkarlanıb

Tədqiqatçılar insanın ağciyəri, qaraciyəri, dalağı və böyrəklərindən götürülən 47 toxuma nümunəsində plastik çirklənməsinə dair sübutlar aşkar ediblər.

SəhərAzəri xəbər verir, yeni bir laboratoriya araşdırması göstərir ki, nanoplastiklər insan orqanizminin bütün əsas orqanlarında toplanma qabiliyyətinə malikdirlər.

"Science Daily" portalının məlumatına görə, Arizona Ştat Universitetinin tədqiqatçıları ağciyər, qaraciyər, dalaq və böyrəklərdən götürülən 47 toxuma nümunəsində plastik izləri müşahidə ediblər. Uzun müddətdir ki, plastikin kimyəvi maddələrinin diabet və piylənmədən tutmuş cinsi disfunksiya və sonsuzluğa qədər geniş sağlamlıq problemlərinə yol açacağı ilə bağlı ciddi narahatlıqlar mövcuddur.

İndi isə tədqiqatçılar əsas orqanlardakı mikroskopik hissəciklərin asbest kimi bədəndə iltihaba və xərçəng xəstəliyinə səbəb ola biləcəyini söyləyirlər. Əvvəlki araşdırmalar insanların hər həftə ortalama 5 qram yəni bir kredit kartının ölçüsü qədər plastik istehlak etdiyini göstərir.