İki iranlı yeniyetmə məktəblilərin beynəlxalq şahmat yarışlarının qalibi olub
İran nümayəndələri Səhər Məsumi və Mohəmməd Cəvad Xorşidi məktəblilərin beynəlxalq şahmat yarışlarının qalibi olublar.
SəhərAzəri xəbər verir, Məktəblilərin beynəlxalq şahmat turniri online formasında, «şahmat mükafatı» və kamera nəzarəti platformasında keçirilib.
Beynəlxalq Məktəb İdmanı Federasiyasının Texniki Komitəsi tərəfindən təşkil olunan yarışlar seçmə və final kimi iki etapda keçirilibdir.
Mohəmməd Cəvad Xorşidi 14 yaşından aşağı qrupda yarışan oğlanlar, Səhər Məsumi isə 14 yaşından aşağı qrupda yarışan qızlar arasında məktəblilərin beynəlxalq şahmat turnirinin çempionu adını qazanıblar.
Final mərhələsinə çıxmış bütün oyunçulara etimadnamələr verilib.
Turnirin qalibləri yarışların nağd mükafatını əldə etməklə yanaşı, 2021-ci ildə Çində keçiriləcək məktəblilərin beynəlxalq şahmat turnirində iştirak vəsiqəsi qazanıblar.