Əfsanəvi futbolçu Azərbaycana dəstək olub
https://azeri.sahartv.ir/news/elm_və_mədəniyyət-i369061-Əfsanəvi_futbolçu_azərbaycana_dəstək_olub
Braziliya Milli Komandasının və “Barselona”nın sabiq futbolçusu Ronaldinyo Azərbaycana dəstək olub.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Okt 30, 2020 10:10 Asia/Baku
  • Əfsanəvi futbolçu Azərbaycana dəstək olub

Braziliya Milli Komandasının və “Barselona”nın sabiq futbolçusu Ronaldinyo Azərbaycana dəstək olub.

SəhərAzəri xəbər verir, Braziliya millisinin sabiq oyunçusu sosial şəbəkə paylaşımında Azərbaycana dəstək olub. 40 yaşlı cənubi amerikalı paylaşdığı videoda, vətənindən qaçqın düşən yüz minlərlə insanın tezliklə öz yurdlarına qayıdacağına inam ifadə edib:

“Azərbaycandan olan bütün insanlara salam göndərirəm. Qoy hər kəs salamat evlərinə qayıtsın. Azərbaycanda mən çox gözəl qarşılandım. Tezliklə ora qayıtmaq istəyirəm”.

Qeyd edək ki, Ronaldinyo 2016-cı ilin oktyabrında Bakıya “Qəbələ” klubunun sabiq prezidenti Tale Heydərovun dəvəti ilə gəlib.