Maradonanın ölümündə şəxsi həkimi ittiham olunur
https://azeri.sahartv.ir/news/elm_və_mədəniyyət-i370188-maradonanın_ölümündə_şəxsi_həkimi_ittiham_olunur
Argentina yığmasının keçmiş hücumçusu Dieqo Maradonanın şəxsi həkimi Leopoldo Luke sabiq futbolçunun ölümündə ittiham olunur.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Noy 29, 2020 17:41 Asia/Baku
  • Maradonanın ölümündə şəxsi həkimi ittiham olunur

Argentina yığmasının keçmiş hücumçusu Dieqo Maradonanın şəxsi həkimi Leopoldo Luke sabiq futbolçunun ölümündə ittiham olunur.

SəhərAzəri Report-a istinadən xəbər verir ki, Maradonanın qohumları Lukeni sabiq futbolçunun ölümündə ittiham ediblər.

İddia olunur ki, məhkəmə San-İsidroda (İspaniya) həkimin evində axtarış aparmaq barədə qərar çıxarıb. Daha əvvəl o subdural hematoma ilə əlaqədar futbolçunu cərrahi əməliyyat edib. Bu halda həkimin məhz nədə ittiham olunduğu hələ açıqlanmır. Ehtimal ki, o, pasiyentə tibbi kömək göstərilməməsində şübhəli bilinir.