Yan 04, 2021 19:04 Asia/Baku
  • İranın cizgi filmi Oskar mükafatına namizdələr siyahısında yer alıb

İranın "Gorgəm o gəlle mibərəm" yəni "Qurdam və sürü aparıram" adlı animasiya filmi qısa animasiyalar kateqoriyasında 2021-ci ilin Oskar mükafatının yekun siyahısında yer alıb.

SəhərAzəri xəbər verir, Təqdimat dövrünün sona çatmasi ilə, 2021-ci ilin Oskar mükafatı uğrunda rəqabət aparacaq 96 qısa animasiya filminin adı dərc edilib.

İranlı rejissor Əmir Huşəng Moinin çəkdiyi "Mən qurdam və sürü aparıram" cizgi filmi 2019-cu ildə Almaniyanın "Leipziq" Festivalının ən yaxşı animasiya üzrə "qızıl göyərçin" mükafatını, həmçinin "2020 Hiroşima" mükafatını qazanaraq, bu siyahıda yer alıb.

"Mən qurdam və sürü aparıram" cizgi filmi indiyədək 15 beynəlxalq mükafata layiq görülüb və 30-dan çox beynəlxalq festivalda iştirak edib.

Teqlər