İranın "Günəş" filmi Oskar üçün ilk onluqda yer alıb
https://azeri.sahartv.ir/news/elm_və_mədəniyyət-i371828-İranın_günəş_filmi_oskar_üçün_ilk_onluqda_yer_alıb
İranlı rejissor Məcid Məcidinin çəkdiyi "Günəş" filmi Beynəlxalq Oskar Mükafatına layiq görülən filmlərin siyahısının ilk onluğunda yer alıb.
(last modified 2024-06-22T21:55:02+00:00 )
Yan 09, 2021 15:43 Asia/Baku
  • İranın

İranlı rejissor Məcid Məcidinin çəkdiyi "Günəş" filmi Beynəlxalq Oskar Mükafatına layiq görülən filmlərin siyahısının ilk onluğunda yer alıb.

SəhərAzəri xəbər verir, "Variety" jurnalı 2021-ci ilin beynəlxalq Oskar Mükafatını almaq üçün şansı ən yüksək olan filmlərin siyahısını dərc edərək, iranlı rejissor  Məcid Məcidinin çəkdiyi "Günəş" filminin adını 8-ci pillədə qərarlaşdırıb. 

Məcid Məcidi bundan əvvəl də Oskar mükafatı üçün namizəd olan ilk iranlı rejissordur.

Onun "Səma uşaqları" filmi 1998-ci ildə ən yaxşı xarici dilli film üzrə Oskar mükafatına layiq görülən beş finalçıdan biri idi.

Akademiya və ya Oskar mükafatları dünyanın kino sənayesinin ən yaxşı əsərlərinə verilir.