Halandı «Dortmund»dan ovlamaq üçün «Real»dan 160 milyon avro
https://azeri.sahartv.ir/news/elm_və_mədəniyyət-i374717-halandı_dortmund_dan_ovlamaq_üçün_real_dan_160_milyon_avro
Bir İspaniya nəşri iddia edibdir ki, Madridin «Real» futbol klubu «Borrusia Dortmund» klubundan Erlinq Braut Halandı satın almağa hazırdır. Halandı «Dortmund»dan ovlamaq üçün «Real»dan 160 milyon avro.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Mart 21, 2021 17:11 Asia/Baku
  • Halandı «Dortmund»dan ovlamaq üçün «Real»dan 160 milyon avro

Bir İspaniya nəşri iddia edibdir ki, Madridin «Real» futbol klubu «Borrusia Dortmund» klubundan Erlinq Braut Halandı satın almağa hazırdır. Halandı «Dortmund»dan ovlamaq üçün «Real»dan 160 milyon avro.

SəhərAzəri xəbər verir ki, 2020-ci ilin yanvar ayının əvvəlindən «Dortmund»a gəlmiş Haland sarıköynəklilərlə 2024-cü ilədək müqavilə bağlayıb.

O, ötən aylarda böyük Avropa klublarının radarlarına düşübdür. Amma hazırda belə görünür ki, Madridin«Real» futbol klubu iyirmi yaşlı norveçli bombardiri cəzb etmək üçün başqalarından daha ciddi şəkildə səy göstərir.

ABC qəzetinin bugünkü məlumatına görə, «Real»ın müdiriyyəti Haland-ın satın alınmasını təsdiq edib və hətta bu işə yüz iyirmi milyon avroluq büdcə ayıracaq.

Əlbəttə, bu transfer işinin düzəlməsi üçün onun proqram müdiri Mino Rayola üçün otuz milyon, Halandın atası Alef İnge üçün də on milyon avro nəzərdə tutubdur.