Ağır xəstələrin dərdinə çuğundurla əlac tapıldı
https://azeri.sahartv.ir/news/elm_və_mədəniyyət-i374719-ağır_xəstələrin_dərdinə_çuğundurla_əlac_tapıldı
Şəkər çuğundurunun qan ehtiyacında istifadǝ edilǝ bilǝcǝyi bildirilib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Mart 21, 2021 18:29 Asia/Baku
  • Ağır xəstələrin dərdinə çuğundurla əlac tapıldı

Şəkər çuğundurunun qan ehtiyacında istifadǝ edilǝ bilǝcǝyi bildirilib.

SəhərAzəri xəbər verir ki, İsveçdə yerlǝşǝn "Lund" Universitetində çalışan elm adamları qandan ağciyər toxumalarına oksigen daşıyan hemoqlobin adlı zülalın şəkər çuğundurunda olan zülala 50-60 faizǝ qǝdǝr bǝnzǝdiyini sübut ediblər.

Qan ehtiyatlarına dair problemlǝrǝ diqqət çəkən araşdırmaçılar xərçəng və ya leykoz xəstələri kimi uzun müddət müalicə edilmǝsi lazım olanların ehtiyaclarının şəkər çuğunduru sayəsində tǝmin edilǝ bilǝcǝyini vurğulalayıblar.

Daha əvvəl də bəzi bitkilərin hemoqlobinə yaxın zülallar istehsal etdiyi müəyyən olunmuşdu. Ancaq ilk dəfə şəkər çuğurundakı zülalın hemoqlobinə bu qədər bənzədiyi aşkarlanıb.

Elm adamları təsirini test etmək üçün bitki mənşəli zülalı donuzlar üzərində sınaqdan keçirəcəklər. Testlǝr müvəffəqiyyətli olarsa, 3 il sonra kliniki testlərə başlanılacaq.