İran filmi Riversayd film festivalının ən yaxşı filmi olmağa namizəd olub
«Porsuq» adlı İran filmi ABŞ-ın Riversayd film festivalının ən yaxşı filmi olmağa namizəd olub.
SəhərAzəri xəbər verir ki, rejissoru Kazem Molayi olan «Porsuq» filmi ABŞ-ın 19-cu Riversayd beynəlxalq film festivalında ən yaxşı film mükafatını almağa namizəd olub.
2002-ci ildən Amerikanın Kaliforniya ştatının Riversayd şəhərində fəaliyyətə başlayan bu beynəlxalq film festivalı hər il tələbə, sənədli, animasiya, qısametrajlı və bədii filmlər bölmələrində keçirilir və daha çox fərqli və problemli sosial məsələlərə həsr olunmuş əsərlərin göstərilməsi üzərində təmərküzləşir.
19-cu Riversayd beynəlxalq film festivalı aprelin 27-dən mayın birinədək anlayn sual-cavab iclasları və təlim kurslarının təşkili ilə Amerikanın Kaliforniya ştatının Riversayd şəhərində keçirilir.