May 03, 2021 12:50 Asia/Baku
  • Lissabon Dünya Karate Liqası; İranın komandası 4 medal qazandı

İranın karate üzrə milli komandası 4 medal qazanaraq, Lissabonda keçirilən Karate1 Premyer Liqa turnirində öz işinə yekun vurub.

SəhərAzəri xəbər verir ki, Tokio Olimpiasında iştirak etmək üçün reytinq xalları verən Karate1 Premyer liqa turniri çümə günündən 87 ölkədən gələn 769 idmançının iştirakı ilə Portuqaliyanın paytaxtı Lissabon şəhərində start götürüb. 

İran komandası bu mühüm turnirdə, kişilər və qadınlar arasında kumite və kata bölmələrində iştirak edib və İranın olimpiya karateçisi və dünya çempionu Bəhmən Əsgəri 75 kiloqramdan az çəki dərəcəsində gümüş medalı qazanıb.

84 kiloqramdan az çəki dərəcəsində isə, İran komandasının kapitanı Zəbihullah Purşeyb qızıl medalın sahibi olub.

Bundan əvvəl Həmidə Abbasəli və Səccad Gənczadə bürünc medalı qazanmışdılar.

Teqlər